150 +994505000150

Yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib

4 iyul 2024
Paylaş
Yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 4-də yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib.

“Şüa” İdman-Sağlamlıq Kompleksində mənfi 2 sistemi üzrə təşkil olunan yarışda, ümummillikdə 48 nəfər həvəskar idmançı iştirak edib.

Respublika səviyyəli hakimlərin idarə etdiyi turnirdə,

Qızlar arasında:

I yeri Aynur Ağayeva

II yeri Leyli Məmmədova

III yeri isə Mələk Əhmədzadə


Oğlanlar arasında:

I yeri Ziya Mürşüdlü

II yeri Səid Süleymanzadə

III yeri İsmayıl Məmmədov tutub.

Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi.


FOTO