150 +994505000150

“İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda məktəblilər arasında ümumrespublika layihə müsabiqəsinin qeydiyyat müddəti uzadıldı

10 iyun 2024
Paylaş
“İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda məktəblilər arasında ümumrespublika layihə müsabiqəsinin qeydiyyat müddəti uzadıldı

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında keçirilən ümumrespublika layihə müsabiqəsinə qeydiyyat müddəti cari ilin 30 iyun tarixinədək uzadılıb.

Müsabiqədə iştirak etmək istəyən məktəblər link-dən istifadə edərək qeydiyyatdan keçməlidir.

Müsabiqənin keçirilmə qaydaları haqqında link vasitəsitəsilə ətraflı məlumat ala bilərsiniz. 

Qeyd edək ki, VI-IX sinif şagirdləri üçün nəzərdə tutulan müsabiqədə hər məktəb 5 əsas və 3 ehtiyat olmaqla 8 nəfərdən ibarət bir komanda ilə təmsil oluna və yalnız bir layihə təqdim edə bilər.

Layihənin məqsədi ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə alınaraq, bütün dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə məktəbliləri maarifləndirmək, onları bu problemin həllində iştiraka və sağlam gələcək naminə ideyalarını bölüşərək həllər irəli sürməyə təşviq etməkdir.