Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 4-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyası təşkil edilib. Aksiyada meriyanın rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
İştirakçılar tərəfindən aksiyanın
keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron
yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd ağac əkilib.
Ağacəkmə aksiyası qlobal iqlim dəyişiklikləri və su
qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması
işinə növbəti töhfədir. Bakı şəhərində quraqlığa davamlı bitkilərin,
yerli iqlimə uyğun ağac və kolların əkilməsi,
həmçinin paytaxtda
ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin
davamıdır.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün
suvarma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
İl ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.