“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatalada görüş olub
Mayın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatala rayonunda görüş keçirilib.
Tədbirin
açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional
İnkişaf” İctimai Birliyinin və yerli icra orqanının nümayəndələri çıxış
ediblər. Çıxışlarda dövlət tərəfindən həyata keçirilən uğurlu qadın
siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını
reallaşdırmaları üçün yaradılan imkanlardan danışılıb, bu istiqamətdə aidiyyəti
qurumlar və ictimai birliklər tərəfindən həyata keçirilən layihələrin
əhəmiyyətinə diqqət çəkilib.
Görüşün
davamında fərqli sahələrdə uğur qazanan qadınlar - Elm və Təhsil Nazirliyinin
Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və “Qadın Gündəliyi”
- Milli Dialoq Platformasının sədri, “FemACT” Azərbaycan Qadın Fondunun
təsisçisi Pərvanə Məmmədova TEDx formatında çıxış edərək, öz uğur hekayələri və
təcrübələrini görüş iştirakçıları ilə bölüşüblər.
Qeyd
edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc
qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların
ictimai fəallığını təşviq etməkdir.
Növbəti görüşlərin Sumqayıt, Mingəçevir şəhərlərində, Şəki, Qax və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.