150 +994505000150

“Beynəlxalq Sıfır Tullantı Günü” ilə əlaqədar “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

30 mart 2024
Paylaş
“Beynəlxalq Sıfır Tullantı Günü” ilə əlaqədar “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

“Beynəlxalq Sıfır Tullantı Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, “Təmiz Şəhər” ASC-nin, “Regional İnkişaf” İctimai Birliyinin, “Araz” supermarketlər şəbəkəsinin, “Kontakt” mağazasının dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 1663 litr olan plastik butulka, 453 litr tutumu olan şüşə butulka, banka və 1166 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti, kitablar və s.) əldə ediblər.

Maraqlı viktorinaların, müxtəlif müsabiqələrin də yer aldığı festivalda vətəndaşlar böyük həvəslə tullantıları gətirərək həm təbiətə töhfə verib, həm də müxtəlif hədiyyələr qazanıblar.

Eyni zamanda, tədbirə gələn balaca uşaqların üzlərində şəkillər çəkilib, tullantılardan hazırlanmış nümunələr sərgilənib, ekoçantalar üzərində maraqlı rəsmlər çəkilərək vətəndaşlara hədiyyə olunub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi daşıyır.

Qeyd edək ki, “Beynəlxalq Sıfır Tullantı Günü” qardaş Türkiyənin təşəbbüsü ilə təklif edilib və 2022-ci ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunaraq bütün dünyada qeyd edilir.



FOTO