Şanlı Qələbəyə həsr edilən kitab çin dilində təqdim edilib
Martın 12-də “Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbir keçirilib. Əsas məqsədi bu kitab vasitəsilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğı olan və İctimai Birliyin könüllüləri, fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın çin dilindəki nəşri təqdim edilib.
Tədbirin əvvəlində 44
günlük Vətən müharibəsində əldə edilən Qələbə və kitabın ərsəyə gəlməsinə həsr
edilən videoçarx nümayiş olunub.
Tədbir iştirakçılarını
salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı kitabla bağlı təəssüratlarını
bölüşərək bildirib ki, hər zaman verdiyi sözə əməl edən cənab Prezident İlham
Əliyev xalqına hansı vədi veribsə, onu sona kimi yerinə yetirib. Odur ki, gənclər
də cənab Prezidentin dediyi hər sözə sona kimi inanmalı və hər zaman ona dəstək
olmalıdır.
Bakı Şəhər İcra
Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Azərbaycan tarixində
konkret bir tarixi hadisə haqqında yazılan kitab qısa zaman kəsiyində 7 dildə nəşr
edilən ilk nəşrdir. Onun xüsusi əhəmiyyəti isə hadisələrin məhz hadisə
iştirakçılarının dilindən nəql olunmasıdır. Kitabda şanlı Qələbənin əldə
olunmasının ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik
qabiliyyəti sayəsində mümkün olduğu xüsusi vurğulanıb.
Gənclərin müzakirəsinə
çıxarılan kitab nəinki ölkəmizdə, eyni zamanda ölkə xaricində oxucu və ekspertlərin
böyük marağına səbəb olduğundan Azərbaycan, türk, ingilis, rus, ərəb, fars və
çin dillərində nəşr edilib. Hazırda kitabın urdu dilinə tərcüməsi üzərində işlər
davam etdirilir.
Tədbirdə çıxış edən
“Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad Qasımlı, Vətən müharibəsi
qazisi Qadir Daşdəmirov, çinli tələbə Zhikai Cao və başqaları bildiriblər ki,
kitabda Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbləri və
ölkənin öz torpaqlarını işğaldan azad etmə istiqamətində həyata keçirdiyi tədbirlərin
geniş təhlili verilib. Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan
Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun
diqqətinə çatdırılır.
Gənclərin böyük marağına səbəb olan tədbir bədii hissə ilə başa çatıb.