150 +994505000150

RİİB-lə Özbəkistan Könüllülər Assosiasiyası arasında dostluq memorandumu imzalanıb

8 mart 2024
Paylaş
RİİB-lə Özbəkistan Könüllülər Assosiasiyası arasında dostluq memorandumu imzalanıb

Rusiyada keçirilən “Dünya Gənclər Festivalı 2024” çərçivəsində martın 6-da “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə Özbəkistan Könüllülər Assosiasiyası arasında dostluq memorandumu imzalanıb.

Məqsəd Azərbaycan və Özbəkistan Respublikası arasında ikitərəfli əlaqələri gücləndirmək üçün könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişafı naminə iştirakçıların intellektual, maddi və texniki potensialından tam və səmərəli istifadə etməkdir.

Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan Könüllülər Assosiasiyası Özbəkistanda layihələrin və yaradıcı ideyaların həyata keçirilməsində vasitəçilik edərək könüllü qruplarını birləşdirən və təşviq edən vahid platformadır. Özbəkistan Könüllülər Assosiasiyası özündə ölkənin 14 regionunda fəaliyyət göstərən 1000-dən çox könüllünü birləşdirir.