“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçiriləcək
![“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçiriləcək](/storage/images/news/large/aMb3vpUiVps05gHAOUhNMnG1UQ8ldHANbcLR90Ij.jpg)
Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Regional İnkişaf” İctimai Birliyi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı və “PASHA Holding”in baş sponsorluğu ilə 23-26 may 2024-cü il tarixlərində VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) keçiriləcək.
Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan builki konfrans “Dayanıqlı inkişafın yeni dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunub.
Konfransa tədqiqat
işlərinin qəbuluna start verilir. Elmi məqalələrin
qəbulu aprelin 15-dək davam edəcək.
Konfransın elm komitəsi
tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 30-a yaxın elmi
bazasında indekslənəcəkdir.
Qeyd edək ki, konfrans
çərçivəsində məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı “Gələcəyi İstiqamətləndirmək:
Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər”,
“Müasir iqtisadi dövrdə yaşıl rəqabət – iqtisadiyyat üçün yeni strategiyalar” və
“Türk dünyasında yaşıl iqtisadiyyat və davamlı inkişaf perspektivləri”
mövzuları üzrə panel müzakirələr də təşkil ediləcək.
Ətraflı məlumatı konfransın www.iscemr.com saytından əldə edə bilərsiniz.