150 +994505000150

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçiriləcək

12 fevral 2024
Paylaş
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş beynəlxalq elmi konfrans keçiriləcək

Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Regional İnkişaf” İctimai Birliyi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı və “PASHA Holding”in baş sponsorluğu ilə 23-26 may 2024-cü il tarixlərində VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) keçiriləcək.

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan builki konfrans “Dayanıqlı inkişafın yeni dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusuna həsr olunub. 

Konfransa tədqiqat işlərinin qəbuluna start verilir.  Elmi məqalələrin qəbulu aprelin 15-dək davam edəcək.

Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 30-a yaxın elmi bazasında indekslənəcəkdir.

Qeyd edək ki, konfrans çərçivəsində məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı “Gələcəyi İstiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər”, “Müasir iqtisadi dövrdə yaşıl rəqabət – iqtisadiyyat üçün yeni strategiyalar” və “Türk dünyasında yaşıl iqtisadiyyat və davamlı inkişaf perspektivləri” mövzuları üzrə panel müzakirələr də təşkil ediləcək.

Ətraflı məlumatı konfransın www.iscemr.com  saytından əldə edə bilərsiniz.