RİİB-ə yeni qoşulan könüllülər üçün proqramın icrasına başlanılıb

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətinə yeni qoşulan gənclər üçün könüllülük proqramının icrasına başlanılıb. Proqram çərçivəsində artıq 23-25 yanvar tarixlərində Şamaxı, Sabirabad, Şəki və Qəbələ rayonlarında könüllülərlə görüşlər təşkil olunub.
Görüşlərdə gənclərə proqramın təqdimatı edilib, nəzərdə tutulan tədbir və aksiyalar, şəxsi
inkişaf təlimləri haqqında ətraflı məlumat verilib, müxtəlif məzmunlu vörkşoplar və komanda
oyunları keçirilib.
Ayın sonunadək görüşlər, ümumilikdə Bakı və 11 rayonda
təşkil ediləcək.
Qeyd edək ki,
proqram gənclər arasında könüllülük fəaliyyətini təşviq etmək, onların bilik və
bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan
vermək məqsədilə icra olunur.
Proqramın növbəti mərhələlərində könüllülər üçün fərqli sahələri təmsil edən mütəxəssislərlə görüşlər, master-klaslar, infoturlar təşkil olunacaq, həmçinin onların ölkənin ictimai həyatında fəal iştirakı üçün yeni imkanlar yaradılacaq.