Azad Mirzəcanzadə İnkişaf Proqramının ikinci mərhələsinin icrasına başlanılıb
Azad Mirzəcanzadə İnkişaf Proqramının ikinci mərhələsinə seçilən iştrakçılarla yanvarın 21-də görüş keçirilib.
“JW
Marriott" hotelində təşkil olunan tədbirdə Azad Mirzəcanzadə İnkişaf Proqramının
koordinatoru Leyla Seyidzadə və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi
Təbriz Rzayev açılış nitqi ilə çıxış edib, layihə çərçivəsində görülən işlərdən
danışıblar. Çıxışlarda bildirilib ki, 41 nəfər layihənin birinci mərhələsini uğurla
tamamlayaraq ikinci mərhələdə iştirak hüququ qazanıb.
Tədbir
SOCAR-ın hasilat əməliyyatları
seqmentinin vitse-prezidentinin müavini Anar Əliyev, tibb elmləri üzrə fəlsəfə
doktoru, oftalmoloq Lalə Axundova, “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Əməliyyat
inzibatçısı Cəlal Orucov, ADNSU-da İctimaiyyətlə əlaqələr və marketinq
departamentinin tərkibində fəaliyyət göstərən Təcrübə bölməsinin müdiri, Azad
Mirzəcanzadə proqramının məzunu Səbinə Əliyeva, "Uğur Yolu" şirkətinin
təsisçisi Vüqar Sadiq və Leyla Seyidzadənin
layihələrin idarə edilməsi, cəmiyyətdə etik normaların vacibliyi və digər
mövzularda etdiyi çıxışlar, həmçinin panel müzakirələrlə davam edib.
Görüş
zamanı “Regional İnkişaf” İctimai
Birliyinin könüllüləri tərəfindən iştirakçılar üçün "ice-breaking" komanda
oyunu da keçirilib.
Layihənin
növbəti mərhələsində mentorlarla sessiyalar, görüşlər və seçilmiş mövzular üzrə
təlimlərin keçirilməsi, sonda qalib olan layihələrin
icrası üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Xatırladaq ki,
"Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən Azad Mirzəcanzadə
İnkişaf Proqramı yeni imkanları dəyərləndirməyi, aktual problemlərin
yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə
çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və
onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.
Hazırda Proqrama müraciətlərin qəbulu davam edir. Qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı link vasitəsilə qeydiyyatdan keçə bilər.