“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” gənclər düşərgəsi çərçivəsində intellektual oyun keçirilib
Göygöl
rayonunda təşkil olunan “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” gənclər
düşərgəsi çərçivəsində dekabrın 23-də “Nə? Harada? Nə zaman?” intellektual
oyunu keçirilib. Komandalar Qərbi Azərbyacanın görkəmli şəxsiyyətləri,
incəsənəti, memarlıq nümunələri, həmçinin toponimləri və onların etimologiyası
haqqında suallara cavab veriblər.
Qeyd edək ki, dekabrın 24-dək düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.