“AZLİNG 2023 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı növbəti beynəlxalq elmi konfrans keçirilib
Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Neftçaladan olan dilçi alimlərin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “AZLİNG 2023 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı növbəti beynəlxalq elmi konfrans keçirilib.
Neftçala
rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycanın tanınmış dilçi alimləri
ilə yanaşı Türkiyə, Çin, İngiltərə və digər ölkələrdən
olan tanınmış alimlər və
gənc tədqiqatçılar da iştirak
ediblər.
Qeyd
edək ki, elmi konfrans Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması
və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq üçüncü ildir ki keçirilir.
Konfransı
giriş sözü ilə açan Neftçala rayon Heydər
Əliyev Mərkəzinin direktoru Könül Məmmədova qeyd edib ki, bugünkü konfrans çox
vacib bir mövzuya həsr olunub və
qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. Kofransın açılışında iştirak
edən Neftçala rayon İcra Hakimyyətinin
başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai
Birliyinin nümayəndəsi
Gülbağda Leysanova, Şirvan-Salyan Regional Mədəniyyət
İdarəsinin rəisi Şahin Şahbazov və digər məruzəçilər çıxış
edərək Ümummilli lider Heydər Əliyevin ana
dilimizin inkişafı və qorunması ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin
əhəmiyyətini, dil siyasətinin müasir Azərbaycan dilinə təsirini xüsusi
vurğulamış, dilimizin saflığının qorunması yönündə həyata keçirilən islahatlar,
tərcüməşünaslığın aktual problemləri, dilçiliyinin son nailiyyətləri haqqında
fikirlərini auditoriya ilə bölüşmüş, dünya dilçilik elminin inkişafı fonunda
doğma ana dilinin tədqiqatına verdikləri töhfələrə görə elm xadimlərinə təşəkkür
edərək iştirakçılara uğurlar arzulamışlar.
Sonra
konfransın təşəbbüskarları AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə
Qəmbərova konfransın materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatını edərək, kitabın uğurlu elmi araşdırmaların davamı
kimi Azərbaycan dilçiliyinə
dəyərli töhfəsi
kimi dəyərləndirmişdir.
Konfrans
Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi,
Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə müzakirələr formatında işini davam etdirib.
Konfrans
çərçivəsində müxtəlif mövzularda təşkil olunan panel müzakirələrində Azərbaycanın
müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini
təmsil edən 85 alim aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim
etmişlər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının hazırlanması və “AZLİNG2024” konfransının növbəti ildə də keçirilməsi barədə qərar alınıb. Qeyd edək ki, konfrans materialları toplu halında nəşr olunacaqdır.