150 +994505000150

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş uşaq festivalı keçirilib

2 dekabr 2023
Paylaş
Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş uşaq festivalı keçirilib

Dekabrın 2-də “Regional İnkişaf” İctimai Birliyi, Sosial Xidmətlər Agentliyi və Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın birgə təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş uşaq festivalı keçirilib.

Festival sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, xüsusi bacarıqlarının inkişafına dəstək verilməsi və potensiallarının üzə çıxarılması, eyni zamanda əlil şəxslərə qarşı bərabərsizliyin və cəmiyyətdə olan stereotiplərin aradan qaldırılması məqsədilə təşkil edilmişdi.

­­­Tədbirin açılışında çıxış edənlər bu günün beynəlxalq səviyyədə qeyd edilməsinin əhəmiyyətinə toxunaraq, əlilliyi olan şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, bu istiqamətdə ictimai birliklərin üzərinə düşən vəzifələrdən, ölkədə inklüziv cəmiyyətin inkişafına yönəlmiş sosial layihələrdən danışıb, xüsusən də əlilliyi olan uşaqlara bərabər imkanların yaradılmasının, onların istedad və bacarıqlarının inkişaf etdirilməsinin və davamlı dəstəklənməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonra “Ümid var” Yaradıcılıq Qrupunun və Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin uşaqlarının ifasında milli rəqs nümunələri və səhnəciklər nümayiş edilib, müxtəlif sahələrdə uğur qazanmış simaların uğur hekayələri dinlənilib.

Tədbir gülçülük, rəssamlıq, xalçaçılıq və digər sahələr üzrə master-klaslar, həmçinin  şahmat müsabiqəsi ilə davam etdirilib, uşaqlara xoş əhval-ruhiyyə bəxş edən musiqili-əyləncəli proqramla başa çatıb. 


FOTO