150 +994505000150

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

4 noyabr 2023
Paylaş
Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərimizin üçüncü ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən ağacəkmə aksiyası keçirilib.

Paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə təşkil edilmiş genişmiqyaslı ağacəkmə aksiyasında icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri və RİİB-in könüllüləri tərəfindən Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Zəfər bayramı münasibəti ilə keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulur.


FOTO