150 +994505000150

Azərbaycanda səfərdə olan koreyalı gənclər “Regional İnkişaf” İctimai Birliyinin qonağı olublar

2 noyabr 2023
Paylaş
Azərbaycanda səfərdə olan koreyalı gənclər “Regional İnkişaf” İctimai Birliyinin qonağı olublar

Azərbaycan və Cənubi Koreya gənclərinin mübadilə proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 31 oktyabr - 9 noyabr tarixlərində ölkəmizdə səfərdə olan koreyalı gənclərdən ibarət nümayəndə heyəti noyabrın 2-də “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) qonağı olub.

RİİB tərəfindən qonaqların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Onlar Mərkəzdə yerləşən Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu öndərin həyat və fəaliyyəti, müasir Azərbaycanın dövlət quruculuğu və inkişafındakı müstəsna xidmətləri haqda məlumatlandırılıb, digər muzey və sərgiləri gəziblər. 

Koreyalı gənclərin növbəti səfəri Vətən müharibəsində qazanılan böyük Zəfərin rəmzinə çevrilmiş Hərbi Qənimətlər Parkına təşkil olunub. Qonaqlara Parkda 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı rəşadətli Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş etdirildiyi haqda məlumat verilib. Burada 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və hərbi nəqliyyat vasitələrinin sərgiləndiyi diqqətə çatdırılıb.

Həmçinin “Regional İnkişaf” İctimai Birliyinin ofisində olan koreyalı gənclər İctimai Birliyin həyata keçirdiyi layihə və tədbirlər barədə məlumat alıb, RİİB-in struktur bölmələrinin fəaliyyətləri ilə yerində tanış olublar.

Qonaqlarla görüş əyləncəli mədəniyyət tədbiri ilə başa çatıb.


FOTO