150 +994505000150

Bakıda növbəti ağacəkmə aksiyası keçirildi

28 oktyabr 2023
Paylaş
Bakıda növbəti ağacəkmə aksiyası keçirildi

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə keçirilən kütləvi ağacəkmə aksiyaları çərçivəsində bu gün Bakı Şəhər İcra Hakimiyyəti strukturlarının əməkdaşları və RİİB könüllülərinin iştirakı ilə Qaradağ rayonu ərazisində 400 ədəd şam ağacı əkilib. Ağaclara daimi qulluq və suvarılma məsələləri həll edilib.

Həmçinin paytaxtın “Nizami Gəncəvi”  parkında Abşeron iqlimi üçün yeni olan 50 ədəd tez boy atan və gözəl çiçəkli pavlovniya bitkisi əkilib. Pavlovniya bitkisi və müxtəlif rəngdə çiçək açan digər kol və ağacların kütləvi əkilməsi qlobal iqlim dəyişiklikləri, su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı və yerli iqlimə uyğun bitkilərin əkilməsi işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, mövsüm ərzində paytaxt ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


FOTO