150 +994505000150

"Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi davam edir

23 oktyabr 2023
Paylaş
"Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi davam edir

Regionlarda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsinin icrası davam etdirilir.

Layihə çərçivəsində 21 - 22 oktyabr tarixlərində Gəncə şəhərində təşkil edilən növbəti təlimdə iştirakçılar innovasiya və startap, onlar arasında əlaqənin qurulması, innovativ ideyaların formalaşdırılması və digər mövzular üzrə ətraflı məlumatlandırılıblar. Fərdi tapşırıqlar yerinə yetirən təlim iştirakçıları, həmçinin yeni ideyaların marketinq planının qurulması üzrə qrup işi icra edib, hazırladıqları layihə təkliflərinin təqdimatını keçiriblər.

Qeyd edək ki, layihə regionlarda innovasiya və dördüncü sənaye inqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi, bu istiqamətdə baş verən proseslər və icra olunan fəaliyyətlərlə bağlı region gəncləri arasında məlumatlılığın artırılması məqsədilə həyata keçirilir.



FOTO