150 +994505000150

Azad Mirzəcanzadə İnkişaf Proqramına qeydiyyat müddəti uzadıldı

24 oktyabr 2023
Paylaş
Azad Mirzəcanzadə İnkişaf Proqramına qeydiyyat müddəti uzadıldı

“Regional İnkişaf” İctimai Birliyi (#RİİB) tərəfindən icra edilən Azad Mirzəcanzadə İnkişaf Proqramına qeydiyyat müddəti 5 noyabr 2023-cü il tarixinə qədər uzadıldı.

Proqrama qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı link vasitəsilə müraciət edə bilər.
Hazırda paytaxt və regionlarda proqramla bağlı məlumatlandırıcı sessiyalar davam etdirilir.
Qeyd edək ki, proqram yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.