150 +994505000150

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtda ağacəkmə aksiyası keçirilib

21 oktyabr 2023
Paylaş
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtda ağacəkmə aksiyası keçirilib

Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi işləri aparılır.

Bu məqsədlə oktyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın “Gənclik”, “Nizami Gəncəvi” parklarında və digər ərazilərində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 500 ədəd ağac və kol bitkiləri yeni, fərqli üsulla əkilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


FOTO