150 +994505000150

Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində məlumatlandırıcı sessiyalar keçirilir

16 oktyabr 2023
Paylaş
Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində məlumatlandırıcı sessiyalar keçirilir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində paytaxt və regionlarda məlumatlandırıcı sessiyalar keçirilir.

Sessiyalara oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində təşkil edilən tədbirlərlə start verilib. 

Tələbələrə Azərbaycanda yeni təşəbbüs olan proqramın məqsədi, icra mərhələləri, qeydiyyat və seçim prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, proqrama təqdim edilən layihə təklifləri aktuallığı, reallığı, innovativ və yenilikçi olması əsasında seçiləcək.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, Azad Mirzəcanzadə inkişaf proqramı yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.

Proqrama qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı link vasitəsilə qeydiyyatdan keçə bilər.


FOTO