150 +994505000150

RİİB-in gənc əməkdaş və könüllüləri Türkiyədə səfərdədir

9 sentyabr 2023
Paylaş
RİİB-in gənc əməkdaş və könüllüləri Türkiyədə səfərdədir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Türkiyənin Gənclər və İdman Nazirliyinin əməkdaşlığı əsasında həyata keçirilən “Azərbaycan -Türkiyə gənclərinin mübadilə proqramı” çərçivəsində RİİB-in gənc əməkdaş və fərqli regionları təmsil edən könüllülərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

7-13 sentyabr tarixlərini əhatə edən səfər müddətində Azərbaycan nümayəndə heyəti gənclər sahəsi, gənclərin fərdi inkişafı ilə bağlı müxtəlif təlim və görüşlərə qatılacaq, İzmir və Manisa şəhərlərində yerləşən bir sıra tarixi və turizm məkanlarını ziyarət edəcəklər.

Xatırladaq ki, türkiyəli gənclərin cari ilin 15-21 avqust tarixlərində Azərbaycana səfəri ilə başlanan mübadilə proqramı iki qardaş ölkənin gəncləri arasında əlaqələrin genişləndirilməsi, könüllülük sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eyni zamanda gələcəkdə birgə layihə təşəbbüslərinin icrası məqsədilə həyata keçirilir.