150 +994505000150

Gənc fotoqraflar üçün düşərgə keçirilir

8 sentyabr 2023
Paylaş
Gənc fotoqraflar üçün düşərgə keçirilir

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkilatçılığı ilə Şəkidə fərqli regionları təmsil edən iştirakçıların qatıldığı “Fotoqraflar düşərgəsi” keçirilir.

Sentyabrın 8-də düşərgənin açılış tədbiri və iştirakçılarla tanışlıq görüşü olub. Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində “Naturada çəkiliş” mövzusunda təlimdə iştirak edən gənc fotoqraflar təbiətdə çəkiliş zamanı təhlükəsizlik qaydaları haqqında məlumatlandırılıb və tapşırıqlar üzrə fotoçəkiliş aparıblar. Gün ərzində öyrədici çəkilişlər Şəki Xan Sarayı və şəhərin mərkəzi küçələrində davam etdirilib. Fotoqraflar, həmçinin şəhər arxitekturası, çəkilişlər zamanı mədəni irsin qorunması və küçə fotoqrafiyası mövzularında təlimatlandırılıblar.

Şəki Heydər Əliyev Mərkəzində iştirakçılara təlimçi Mirnaib Həsənoğlu tərəfindən “Foto texnika ilə tanışlıq” və “Rəsmi çəkilişlər zamanı yaranan problemlər” mövzularında təlim keçilib, sonra günün icmal müzakirəsi, çəkilən fotoların seçimi və təhlil aparılıb.

Qeyd edək ki, 8-11 sentyabr tarixlərini əhatə edən düşərgə regionlarda peşəkar fotoqrafların formalaşmasına dəstək vermək, gələcək layihə və tədbirlərdə onlarla səmərəli əməkdaşlığın qurulmasına zəmin yaratmaq məqsədi daşıyır.