150 +994505000150

RİİB könüllülərinin “Yay tətili” layihəsi başa çatdı

19 avqust 2023
Paylaş
RİİB könüllülərinin “Yay tətili” layihəsi başa çatdı

“Regional İnkişaf” İctimai Birliyinin Gəncə-Daşkəsən və Tovuz-Qazax regional bölmələri üzrə könüllüləri üçün Daşkəsən rayonunda təşkil edilən tədbirlə “Yay tətili” layihəsi başa çatıb. Tədbirdə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli gənclər də iştirak edib.

İki qardaş ölkənin gəncləri sosial işçi, təlimçi Leyla Məmmədxanlı tərəfindən keçirilən “Sosial iş, sosial dəyişiklik və ictimai təşviqat” mövzusunda təlimdə iştirak edib, tədbirin fəxri qonağı, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti, “Yüksəliş” müsabiqəsinin qalibi İlyas İsmayıllı ilə görüşüb, könüllülük sahəsində təcrübə mübadiləsi aparıblar. Həmçinin gənclər öz milli mətbəxlərinə aid şirniyyat nümunələri, rəqs və musiqi nömrələri nümayiş etdirərək, əyləncəli proqramla günü başa vurublar.



FOTO