150 +994505000150

RİİB-in təşəbbüsü ilə keçirilən “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” çərçivəsində Şamaxı rayonunda görüşlər keçirilib

17 avqust 2023
Paylaş
RİİB-in təşəbbüsü ilə keçirilən “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” çərçivəsində Şamaxı rayonunda görüşlər keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilir. Proqram çərçivəsində ölkəmizdə qonaq olan türkiyəli gənclər üçün avqustun 17-də Şamaxı rayonunda müxtəlif görüşlər təşkil edilib.

Türkiyədən gələn gənclər Şamaxı Rayon İcra Hakimiyyətində olublar. İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova gənclərlə görüşüb. Görüş zamanı Şamaxı rayonunda gənclər və könüllülük sahəsində aparılan işlər, rayonda yeniyetmə və gənclərin şəxsi inkişafı, ictimai fəallığının artırılması üçün yaradılan imkanlarla bağlı məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Şamaxı Yaradıcılıq Mərkəzində qardaş ölkədən olan gənclərlə görüşərək, Fondun gənclər sahəsində gördüyü işlər, gənclərin istedad və bacarıqlarının dəstəklənməsi istiqamətində atdığı addımlardan danışıb.

Türkiyəli gənclər, həmçinin RİİB könüllülərinin fəaliyyəti ilə tanış olaraq birgə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, proqram iki ölkə gəncləri arasında əlaqələrin genişləndirilməsi, könüllülük sahəsində təcrübənin qarşlıqlı öyrənilməsi və tətbiqi, eyni zamanda gələcəkdə birgə layihə təşəbbüslərinin icrası məqsədilə həyata keçirilir. 


FOTO