150 +994505000150

Zəngilan rayonunun şagirdləri “Təhsil Avtobusu – Gələcəyə Doğru” layihəsinə qoşuldular

15 avqust 2023
Paylaş
Zəngilan rayonunun şagirdləri “Təhsil Avtobusu – Gələcəyə Doğru” layihəsinə qoşuldular

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil Avtobusu – Gələcəyə Doğru” layihəsi Zəngilan rayonundan başladı.

Yay Məktəbinin Zəngilan rayonun Ağalı kəndində keçirilən birinci günündə 47 şagird iştirak edib, kodlaşdırma və robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarışlar və oyunlar baş tutub.

Təhsil avtobusu Zəngilan rayonunun Ağalı kəndindən sonra Laçın şəhəri səfər edəcək.

Layihənin məqsədi şagirdlərdə gələcək üçün yeni bacarıq və vərdişlər qazandırmaq, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və "Heydər Əliyev irsi"ni təbliğ etməkdir.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrdə yenidən inşa edilən kəndlərə və ucqar kəndlərə marşrut üzrə (Zəngilan – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər – Qax – Bakı) səfər olunacaq və ümumilikdə 300-dən çox şagird əhatə ediləcək.

Layihə bu il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi dəstəyi, “Asmart Creative Hub” yaradıcılıq mərkəzi, “Start IT” şirkəti, “Women in Tech Azerbaijan” “Kids Inc.” proqramı, Milli Debat Proqramı, “Azerbaijan Public Speaking Competition” proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, bu layihə artıq 6-cı dəfədir ki, hər il fərqli konsepsiya üzrə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləməsi məqsədilə həyata keçirilir. 2016-cı ildən etibarən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil Avtobusu” layihəsinə Respublikanın 29 rayonu və böyük şəhərlərini əhatə etməklə 22 ali və orta təhsil müəssisəsi, 62 şəhər məktəbi, 98 kənd-qəsəbə məktəbini təmsil edən 900-dən artıq şagird və tələbə cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 350 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.


FOTO