"Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023”ün bağlanış mərasimi keçirilib
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, "Avropa Gənclər Parlamenti - Azərbaycan" (AGP) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023” layihəsinin Heydər Əliyev Mərkəzində bağlanış mərasimi baş tutub.
Tədbirin əvvəlində Azərbaycan
milli rəqsi, Tofiq Quliyevin əsərlərindən biri olan “Qaytağı” və tədbirin ən
maraqlı anlarını özündə birləşdirən videoçarx nümayiş edilib.
Təqdimatlardan sonra isə Gənclər
və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Heydər
Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov və "Avropa Gənclər Parlamenti -
Azərbaycan"ın prezidenti Məhəmməd Əliyevin çıxışları dinlənilib. Çıxış
nitqlərindən sonra isə Azərbaycan da daxil olmaqla Avropanın 35 ölkəsindən
nümayəndə qismində qatılan 275 gənc Avropa Gənclər Parlamenti tərəfindən
sertifikat ilə təltif olunublar.
Uğurla keçirilən “Avropa Gənclər
Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023” növbəti sessiyanın
keçirilməsi üçün estafeti Türkiyəyə ötürüb. Bundan sonra isə bağlanış mərasimində
iştirakçılara bədii proqram çərçivəsində milli müsiqi nümunələri təqdim edilib.
Rəsmi hissənin ardınca qonaqlar
sessiya elementlərini əks etdirən sərgi ilə tanış olub. “Avropa Gənclər
Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023”ün bağlanış mərasimi
xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Layihənin keçirilməsinə verdiyi dəstəyə görə "Regional İnkişaf" İctimai Birliyi təşəkkürnamə ilə təltif olunub.
FOTO