150 +994505000150

Regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalar başa çatıb

3 avqust 2023
Paylaş
Regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalar başa çatıb

Təhsil Tələbə Krediti Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalar avqustun 3-də Quba rayonunda təşkil edilən tədbirlə başa çatıb.

Qeyd edək ki, təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması məqsədilə dövlət dəstəyi əsasında çox kiçik faizlərlə ayrılan təhsil tələbə krediti haqqında sakinlərin maarifləndirilməsi üçün, ümumilikdə 16 rayon və şəhərdə görüşlər keçirilib. 

Tədbirlərdə təhsil tələbə kreditlərinin verilməsi informasiya sisteminin tələbə portalından istifadə qaydaları, tələbə kreditinin növləri, kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə bu kreditdən yararlana biləcəyi haqqında ətraflı məlumat verilib.


FOTO