150 +994505000150

RİİB könüllüləri “Bakı Marafonu 2023”də iştirak edib

7 may 2023
Paylaş
RİİB könüllüləri “Bakı Marafonu 2023”də iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 7-də “Bakı Marafonu 2023” keçirilib. Builki marafon ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Marafonda 19.500 nəfər iştirak edib. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Marafona ölkənin müxtəlif regionlarını təmsil edən 500 nəfər RİİB könüllüsü də qoşulub.

Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı altında 2016-cı ildən etibarən ənənəvi olaraq keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir.


FOTO