150 +994505000150

RİİB “Bakı Marafonu 2023”də “Heydər Əliyev - 100” fləşmobu keçirdi

7 may 2023
Paylaş
RİİB “Bakı Marafonu 2023”də “Heydər Əliyev - 100” fləşmobu keçirdi

Mayın 7-də təşkil olunan “Bakı Marafonu 2023”də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş fləşmob keçirilib.

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilən fləşmobda 2000-dən çox könüllü gənc iştirak edib. Fləşmobda ulu öndər Heydər Əliyevin adı və 100 illik yubiley simvolundan ibarət kompozisiya yaradılıb.

Qeyd edək ki, builki Bakı marafonu “Heydər Əliyev İli” çərçivəsində təşkil edilib.

FOTO