150 +994505000150

RİİB tərəfindən aqroturizmin inkişafına dəstək məqsədilə yeni layihə icra ediləcək

13 mart 2023
Paylaş
RİİB tərəfindən aqroturizmin inkişafına dəstək məqsədilə yeni layihə icra ediləcək

Martın 13-də “Bakı KOB evi”ndə təşkil edilən tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra ediləcək yeni layihənin təqdimatı olub.

Aqroturizmin inkişafına dəstək məqsədi daşıyan layihə Tovuz rayonundan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihəyə aqroturizm və qonaqlama xidməti ilə məşğul olan yeddi təsərrüfat subyektinin işçi heyəti üçün, ümumilikdə 20 nəfərə təlim keçilməsi, təsərrüfat subyektlərinə biznesin inkişafı planları və sosial mediada səhifələrinin hazırlanması, “YouTube” kanallarının yaradılmasına və “Booking.com”da qeydiyyatdan keçmələrinə köməklik edilməsi, mentorluq dəstəyi, həmin müəssisələrin avadanlıq və alətlərlə təchiz edilməsi, ehtiyac olduğu halda subyektlərin təmirinə dəstək verilməsi daxildir. Bundan əlavə, aidiyyəti dövlət qurumlarının, biznes və icma nümayəndələrinin, turizm şirkətlərinin və digər maraqlı tərəflərin iştirakı ilə regional aqroturizm forumu və sərgisinin keçirilməsi, nüfuzlu tur operatorları və şirkətlərin, media nümayəndələrinin təsərrüfatlara tanışlıq turunun təşkili nəzərdə tutulur.


FOTO