150 +994505000150

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib

25 fevral 2023
Paylaş
Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib

Aksiya soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Nərimanov rayonunda təşkil edilən aksiyada Xocalı qətliamında həlak olmuş 613 insanın xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib. Soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada könüllülər fəal iştirak ediblər.


FOTO