“Regional İnkişaf” İctimai Birliyi Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyası keçirib
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə dəstək məqsədilə 8-14 fevral tarixlərində humanitar yardım kampaniyası keçirilib.
Bakı
İdman Sarayında təşkil edilən kampaniya çərçivəsində təbii fəlakətdən zərər
çəkmiş ərazilərə gündəlik tələbat malları, uşaq və böyüklər üçün isti geyimlər,
generatorlar, çadırlar, yataq dəstləri, quru yeməklər, zəruri gigiyenik
vasitələr, elektrik qızdırıcıları və digər mallar göndərilib. Kampaniyaya paytaxt sakinləri ilə yanaşı regionlardan minlərlə vətəndaşımız
qoşulub.
Kampaniya müddətində RİİB könüllüləri digər təşkilatları təmsil
edən könüllülərlə birlikdə yardımların qəbul edilməsi, çeşidlənməsi, qablaşdırılması
və nəqliyyat vasitələrinə yüklənməsi işlərini həyata keçiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında, fevralın 6-da Türkiyədə baş verən, çoxsaylı insan tələfatına və güclü dağıntılara səbəb olan zəlzələdən dərhal sonra qardaş ölkəyə günişmiqyaslı humanitar yardım kampaniyasına start verilmişdi.