Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Bir əsrin iqtisadi nəticələri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 22-25 iyun 2023-cü il tarixində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Bir əsrin iqtisadi nəticələri" mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2023) keçiriləcək.
Konfransda iştirak üçün müraciətlərin qəbuluna start
verilir. Elmi məqalələrin qəbulu aprelin 21-dək davam edəcək.
Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən məqalələr
dünyanın 30-a yaxın elmi bazasında indekslənəcək.
Ətraflı məlumatı www.conferences.az saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, konfransa təqdim edilən məqalələrin dəyərləndirilməsi
üçün dünyanın nüfuzlu universitetlərinin professorlarını özündə birləşdirən
beynəlxalq elm komitəsi, konfransın ərsəyə gəlməsi üçün təşkilati və digər məsələlərlə
bağlı isə dünyanın dörd bir tərəfindən beynəlxalq təcrübələrə sahib şəxslərdən
ibarət beynəlxalq təşkilat komitəsi və beynəlxalq katibliyi fəaliyyət göstərir.
Bundan əlavə dünyanın qabaqcıl ali təhsil ölkələrinin universitetləri
konfransın əsas tərəfdaşlarındandır. Böyük Britaniyanın Portsmouth
Universiteti, İsveçrənin Tətbiqi Elmlər və İncəsənət Universiteti (HES-SO),
Türkiyənin İstanbul Universiteti, Malaziyanın Malaya Universiteti,
Qırğızıstanın Qırğız-Türk Manas Universiteti konfransın tərəfdaşları
sırasındadır.