Azərbaycan könüllüləri birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul ediblər
15 fevral 2023
Paylaş
Azərbaycan könüllüləri birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul ediblər.
Müraciətdə deyilir:
“Hörmətli Mehriban xanım!
Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk
anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və
qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş türk
xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə möhtərəm cənab
Prezidentin və Sizin həssas münasibətiniz, yardımla bağlı verdiyiniz göstərişlər
biz gəncləri hədsiz qürurlandırmaqla yanaşı, öz insansevərliyimizi nümayiş
etdirməyə şərait yaratdı.
Zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə
başladılan yardım kampaniyasına qoşulan hər kəsə, o cümlədən bu işdə əlindən gələni
əsirgəməyən çoxsaylı könüllülərə təşəkkür etməyiniz bizi olduqca təsirləndirdi.
Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq
Türkiyə xalqının yanında olmağı öz mənəvi borcumuz hesab edirik. Təbii fəlakətin
fəsadlarının aradan qaldırılmasına Azərbaycan dövləti və xalqı tərəfindən verilən
dəstəyə öz töhfəmizi vermək üçün gecə-gündüz demədən var gücümüzlə çalışırıq.
Biz könüllülər bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf
duyuruq.
Hər zaman olduğu kimi, fəaliyyətimizə göstərdiyiniz
diqqətə, verdiyiniz yüksək dəyərə görə Sizə səmimi-qəlbdən minnətdarıq.
Xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini
davam etdirən Azərbaycan könüllüləri olaraq biz bundan sonrakı fəaliyyətimizdə
də vətənpərvərlik və milli-mənəvi dəyərlərə daim sadiq qalacağımıza və daha
böyük əzmlə çalışacağımıza söz veririk”.