V1 Challenge Bakı kuboku keçirilib

Noyabrn 27-də Dövlət Bayrağı Meydanında böyük marağa səbəb olan avtomobil yarşlarından biri - V1 Challenge adlı yarış va drift şou keçirilib.
VI
Challenge Bakı kubokunda ən yaxşı vaxt nəticəsini göstərən 6 pilot finala
vəsiqə qazanıb. Finalda ilk 3 yer üzrə qaliblərə kubok təqdim olunub. Drift şou
pilotlarına isə sertifikatlar verilib.
Belə ki, birinci yerə Elçin Həsənov, ikinci
yerə Murad Həsənov, üçüncü yerə isə Adil Axundov çıxıb. Qaliblərə mükafatları
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və
idman naziri Fərid Qayıbov təqdim ediblər. Birinci yerin qalibi 3 min manat,
ikinci yerin qalibi 2 min manat, üçüncü yerin qalibi isə min manat məbləğində
pul mükafatı qazanıb.
Yarışmanın
qalibi Elçin Həsənov öz hisslərini belə dilə gətirib: “Bütün yarışmaçılar
peşəkar pilot olduğu üçün mübarizə aparmaq çox çətin idi. Üstəlik, yağışlı hava
şəraiti işimizi biraz da mürəkkəbləşdirdi. Qalib gəldiyim üçün çox sevincliyəm.
İnanılmaz hisslərdir. Bütün təşkilatçılara təşəkkürümü bildirirəm”.
Qeyd
edək ki, V1 Challenge Bakı kuboku Azərbaycan Avtomobil Federasiyası və Bakı
Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi
və "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub.
Buna
qədər ölkəmizdə V1 Challenge seriyasından bir neçə yarış təşkil olunsa da, V1
Challenge Bakı kuboku ilk dəfə keçirilir. Həyəcanlı avtoidman tədbirində
“Volkicar”ların yarışı və drift avtomobilləri ilə şou olub.
"Volkicar" maşınlarının iştirakı ilə keçirilən yarış isə kvalifikasiya
və final mərhələlərində olub.
"Volkicar"larda
yerli pilolar müxtəlif yaddaqalan və həyəcanla izənilən manevrlərlə birincilik
uğrunda mübarizə aparıb. 12 pilot maraqlı yarış trekində məharətlərini
sərgiləyib.
Bakı
kuboku tamaşaçılara yüksək sürət və heyrətləndirici dinamika ilə avtoidman
həyəcanı yaşadıb.
Buna
yarışda iştirak edən pilotları məharəti və "Volkicar"ların texniki
imkanları şərait yaradib. Belə ki, "Volkicar" yarış maşınlarıın
mühərriki 115 at gücündədir va 5 saniyədə 100 km/saat sürətinə çata bilir.
Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də
yerli avtoidmanın inkişafina yönəlib.
Qalibləri yerli va xarici mütəxəssislərdən ibarət münsif heyəti müəyyən edib. Münsiflərdə tanınmiış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunurdu.