150 +994505000150

“İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşdırılan startapların regional seçim mərhələsi davam edir

19 noyabr 2022
Paylaş
“İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşdırılan startapların regional seçim mərhələsi davam edir

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə icra edilən “İdeyadan biznesə” (“I2B”) layihəsinin noyabrın 19-da Mingəçevir şəhərində regional seçim mərhələsi keçirilib.

Tədbirdə layihə müddətində inkubasiya proqramını uğurla tamamlamış 14 startap təqdimatı olub. Layihə çərçivəsində öz startaplarının ilkin prototipini və ya minimal işlək məhsulunu hazırlamış Gəncə, Tovuz, Qəbələ, Zaqatala, Şəki, Qax və Mingəçevirdən olan komandalar münsiflər heyəti qarşısında təqdimatla çıxış ediblər.

Münsiflər heyəti Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Azərbaycan Gənclər Fondunun, Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin nümayəndələrindən ibarət olub.

Seçim turunda münsiflərin rəyi əsasında Zaqatala rayonundan “Yoll”, Mingəçevir şəhərindən “4 You” və Qax rayonundan “Magnoliya” layihəsi ən uğurlu layihə seçilərək Bakı şəhərində keçiriləcək finalda iştirak hüququ qazanıb. 


FOTO