150 +994505000150

20 Noyabr-Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində uşaqlar üçün futbol üzrə tədbir təşkil olunub

16 noyabr 2022
Paylaş
20 Noyabr-Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində uşaqlar üçün futbol üzrə tədbir təşkil olunub

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində həssas əhali qrupuna aid uşaqlar üçün “Hüquqlarımız üçün oynayırıq” şüarı ilə futbol idman növü üzrə tədbir keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə əməkdaşlıq əsasında baş tutan tədbirdə Kütləvi Futbol Departamentinin rəhbəri veteran futbolçu Fərrux İsmayılov, “Neftçi” futbol klubunun üzvləri Aqil Məmmədov, Rəhman Hacıyev və veteran futbolçu Vaqif Cavadov iştirak edib. 

İlk olaraq Bakı Olimpiya Stadionuna tanışlıq səfəri edən 11-13 yaşarası uşaqların futbolçularla görüşü təşkil olunub. Görüş zamanı futbolçular uşaqları maraqlandıran sualları cavablandırıblar.

Sonda uşaqlara “Regional İnkişaf” İctimai BirliyiAzərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən hədiyyə paketləri və toplar təqdim edilib.

Xatırladaq ki, kampaniya uşaq hüquqlarını təşviq etmək, bu istiqamətdə müxtəlif məzmunlu maarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına töhfə vermək məqsədi daşıyır.


FOTO