150 +994505000150

Uşaqlar üçün “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim keçirilib

15 noyabr 2022
Paylaş
Uşaqlar üçün “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim keçirilib

20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində 14-15 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim keçirilib. Təlim BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçilən təlimdə 14-18 yaşarası iştirakçılar psixi sağlamlıq, kiber təhlükəsizlik, həyati bacarıqlar, uşaq hüquqları, sosial mediadan düzgün istifadə, şəxsi brendin yaradılması, hədəf kütlə, texniki göstəricilər, hekayə yaratma və digər mövzularda təlimləndirilib, həmçinin qruplara ayrılaraq tapşırıqlar əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər.   

Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimin məqsədi yeniyetmələrin internet platformasından və sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarını inkişaf etdirmək, onları uşaq hüquqları haqqında məlumatlandırmaqdır.


FOTO