150 +994505000150

20 noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində Medianın İnkişafı Agentliyində görüş keçirilib

10 noyabr 2022
Paylaş
20 noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində Medianın İnkişafı Agentliyində görüş keçirilib

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində noyabrın 10-da Medianın İnkişafı Agentliyində (MEDİA) uşaqlarla görüş keçirilib.

Şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan tədbir zamanı həssas kateqoriyalardan olan uşaqların Medianın İnkişafı Agentliyinə tanışlıq səfəri və Agentliyin İcraçı direktoru Əhməd İsmayılovla görüşü təşkil edilib. Uşaqların erkən yaşlardan idarəetmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və özünəinam hissinin artırılmasına dəstək məqsədilə keçirilən görüşdə uşaqlar qurumun fəaliyyəti barədə geniş məlumatlandırılmış, struktur bölmələrin iş prosesi ilə tanış olmuş, eləcə də bir gün ərzində Agentliyin rəhbəri ilə idarəetmə prosesində fəal iştirak etmiş, müxtəlif məsələlərlə bağlı maraqlı təklif və təşəbbüslərlə çıxış etmişlər.


Qeyd edək ki, kampaniya uşaq hüquqlarını təşviq etmək, məktəb icmaları, ictimaiyyət nümayəndələri arasında maarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına töhfə vermək məqsədilə həyata keçirilir. 


FOTO