150 +994505000150

Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Lənkəranda təşkil olunub

31 oktyabr 2022
Paylaş
Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Lənkəranda təşkil olunub

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya oktyabrın 29-da Lənkəran rayonunda təşkil olunub.

Rayonun Mərkəzi Xəstəxanasında həyata keçirilən aksiya Lənkəran, Lerik və Astarada yaşayan qeyd edilən həssas kateqoriyalara aid 300-ə yaxın vətəndaşı əhatə edib.

Müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslı könüllü həkim heyəti tərəfindən aparılıb. Nəticələrə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub, həmçinin onlar zəruri dərman vasitələri ilə təmin ediliblər.

Layihə çərçivəsində sağlamlıq vəziyyəti ağır olan şəxslərin ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsinə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək veriləcək.


FOTO