150 +994505000150

RİİB-in “İdeyadan biznesə” layihəsinin iştirakçısı Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest”də

2 sentyabr 2022
Paylaş
RİİB-in “İdeyadan biznesə” layihəsinin iştirakçısı Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest”də

“Regional İnkişaf” İctimai Birliyinin “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində layihənin rəsmi “Facebook” və “Instagram” səhifələri üzərindən keçirilən müsabiqənin qalibi Fərid Balayev ziyarətçi olaraq Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak etmək şansı qazanıb. F.Balayev, həmçinin avqustun 30-dan sentyabrın 4-dək davam edən festivala qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində “İdeyadan biznesə” layihəsini təmsil edir.

Xatırladaq ki, “İdeyadan biznesə” layihəsi “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə keçirilir və əsas məqsədi startap hərəkatının inkişafı, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.


FOTO