RİİB-in “İdeyadan biznesə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Avqustun 25-də “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.
Regionlarda innovasiya və Dördüncü Sənaye İnqilabının texnologiyalarından
istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirilən tədbirdə ekspertlərin
məruzələri dinlənilib, sahə üzrə mövcud çağırışlar, potensial əməkdaşlığın
formalalaşdırılması və digər məsələlər müzakirə olunub, təqdimatlar keçirilib və
mövzu üzrə suallar cavablandırılıb. Tədbirə qatılan ekspertlər, həmçinin yay
düşərgəsinin iştirakçıları “İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşan
startaplarla panel müzakirələrində iştirak edib, gənclərlə müvafiq sahədə fikir
mübadiləsi aparıblar.
Qeyd edək ki, 22-26 avqust tarixlərində keçirilən “İdeyadan biznesə” düşərgəsi “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə icra edilən “Yay Fest“ layihəsi çərçivəsində təşkil edilib.