150 +994505000150

RİİB-in “İdeyadan biznesə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

26 avqust 2022
Paylaş
RİİB-in “İdeyadan biznesə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

Avqustun 25-də “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.

Regionlarda innovasiya və Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirilən tədbirdə ekspertlərin məruzələri dinlənilib, sahə üzrə mövcud çağırışlar, potensial əməkdaşlığın formalalaşdırılması və digər məsələlər müzakirə olunub, təqdimatlar keçirilib və mövzu üzrə suallar cavablandırılıb. Tədbirə qatılan ekspertlər, həmçinin yay düşərgəsinin iştirakçıları “İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşan startaplarla panel müzakirələrində iştirak edib, gənclərlə müvafiq sahədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 22-26 avqust tarixlərində keçirilən “İdeyadan biznesə” düşərgəsi “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə icra edilən “Yay Fest“ layihəsi çərçivəsində təşkil edilib.


FOTO