150 +994505000150

RİİB könüllüləri üçün Şamaxı rayonunda təlim təşkil edilib

23 iyul 2022
Paylaş
RİİB könüllüləri üçün Şamaxı rayonunda təlim təşkil edilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən 21 - 22 iyul tarixlərində Şamaxı Mədəniyyət Mərkəzində könüllülər üçün “Qrant layihələrinin yazılması” mövzusunda təlimlər təşkil edilib.

Müxtəlif regionları təmsil edən 40 nəfərdən çox könüllüyə RİİB əməkdaşları tərəfindən “Layihələrin yazılması”, “Layihələrin idarə edilməsi” və “Komanda işi” mövzularında vorkşoplar keçirilib. Eyni zamanda Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov tərəfindən “Gənclər Fonduna layihələrin yazılması” mövzusunda təlimləndirilib.

2 gün davam edən təlimlərdə gənclər qrant layihələrinin yazılması və idarə edilməsi, layihələrin büdcə və strukturunun formalaşdırılması, komanda işinin qurulması haqqında ətraflı məlumatlandırılıb, birgə müzakirələrdə iştirak ediblər. Sonda könüllülər tərəfindən hazırlanmış fərdi layihə təkliflərinin təqdimatları keçirilib.

Tədbir müddətində, həmçinin könüllülər üçün Şamaxı rayonunda yerləşən Dəmirçi arxeoloji muzeyi, Cümə məscidi və Kələxana türbələrinə ekskursiyalar təşkil olunub.

Qeyd edək ki, təlim könüllülərin bilik və bacarıqlarının artırılması, fərdi inkişaflarına dəstək verilməsi, asudə vaxtlarının səmərəli təşkili və müxtəlif regionlardan olan gənclər arasında sosial əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilib. 


FOTO