150 +994505000150

“İdeyadan biznesə” layihəsinin regionlarda təqdimat və təlimləri davam edir

10 iyun 2022
Paylaş
“İdeyadan biznesə” layihəsinin regionlarda təqdimat və təlimləri davam edir

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə icra edilən “İdeyadan biznesə” (I2B) layihəsinin regionlarda təqdimat və təlimləri davam etdirilir.

İyunun 6-7-də Mingəçevir, Gəncə, Şirvan şəhərlərində və Şəki rayonunda http://www.i2b.az saytında qeydiyyatdan keçmiş şəxslər üçün təqdimat və təlimlər təşkil olunub.

Növbəti mərhələdə iştirakçılara informativ sessiyalar, müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək, müvafiq sahələr üzrə formalaşan startaplar üçün kiçik biznes treninqlər, timbildinqlər, innovativ və sahibkarlıq bilikləri tədris prosesləri təşkil ediləcək. Münsiflər heyəti tərəfindən hər region üzrə aqro texnologiyalar, yaradıcılıq sənayesi, turizm və sosial innovasiya istiqamətləri üzrə seçilən startapların formalaşdırılmasına Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dəstək verilməsi nəzərdə tutulur. Ən uğurlu 12 startap müstəqil investorlar qarşısında təqdim ediləcək və qalib startaplara ideyalarını reallaşdırmaq üçün investorlar və I2B təşkilat komitəsi tərəfindən maliyyə dəstəyi göstəriləcək.

Regionlarda təhsil alan tələbələrin startap turları barədə məlumatlandırılması və layihəyə cəlb edilməsi Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi məqsədilə həyata keçirilən layihə, eyni zamanda, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasına xidmət edir.


FOTO