150 +994505000150

Məsuliyyətli atalıq mövzusunda sosial çarx hazırlanıb

9 iyun 2022
Paylaş
Məsuliyyətli atalıq mövzusunda sosial çarx hazırlanıb

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində ataları uşağa qulluqda iştiraka təşviq etmək, məsuliyyətli atalığı, həmçinin ailələrdə övlada birgə qayğı modelini təbliğ etmək məqsədilə sosial çarx hazırlanıb.

Məqsəd eyni zamanda gender stereotipləri ilə mübarizəyə töhfə vermək və ictimaiyyətə gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyətinin ailədaxili münasibətlərdə nə kimi müsbət dəyişiklik yarada biləcəyi barədə mesaj ötürməkdir.

Ataların övladlarına göstərdiyi qeyri-ənənəvi qayğı nümünələrini özündə əks etdirən sosial çarx “Gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti ana və ataya övladları üçün bərabər qayğı imkanı yaradır!” şüarı ilə tamamlanır.

Qeyd edək ki, sözügedən layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir.

 

VİDEO