Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elektrikli və hibrid avtomobillərinin yürüşü keçirilib
Azərbaycan Avtomobil Federasiyasının (AAF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Azərbycan Avtomobil Dilerləri Assosiasiyasının dəstəyi ilə mayın 10-da elektrikli və hibrid avtomobillərinin yürüşü keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yürüşün məqsədi ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəldilməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına töhfə verməkdir.
“Motor House” texniki
servis mərkəzinin qarşısından başlanan avtoyürüş Bakı-Kürdəmir-Göyçay-Mingəçevir
marşrutu ilə hərəkət edib. Göyçay və Mingəçevir şəhərilərində yürüş
iştirakçılarını şəhər icra hakimiyyətinin nümayədələri, RİİB könüllüləri və
şəhər sakinləri qarşılayıb.
Qeyd
etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin
təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın müddəalarına əsasən,
ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması
və ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrindən
istifadənin təbliği və təşviqi xüsusi əhəmiyyət daşıyır.