150 +994505000150

Şəhid ailələrinin üzvləri və qazilər üçün Şamaxıda tibbi aksiya keçirilib.

6 may 2022
Paylaş
Şəhid ailələrinin üzvləri və qazilər üçün Şamaxıda tibbi aksiya keçirilib.

Mayın 6-da “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonunda yerləşən Müalicə Diaqnostika Mərkəzində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib. Aksiya zamanı Şamaxı və ətraf rayonlarda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 200-ə yaxın vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib.

Bakıdan ezam edilən həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə kursları təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

RİİB könüllülərinin təşkiati dəstəyi ilə keçirilən müayinələrin digər regionalarda da aparılması nəzərdə tutulur. 


FOTO