RİİB könüllüləri “Torpağı qoruyaq” missiyasına dəstək olub
Aprelin 30-da məşhur yoqin Sadhqurunun “Torpağı qoruyaq” (“Save Soil”) qlobal kampaniyaya dəstək, eyni zamanda, gənclərin diqqətini bu mövzuya yönəltmək məqsədilə Heydər Əliyev Mərkəzinin parkında RİİB könüllülərinin və Sadhqurunun iştirakı ilə fləşmob da təşkil olunub.
Sadhquru, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təşkilatçılığı ilə ağacəkmə aksiyasında iştirak edib. Ağacəkmə aksiyasında
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib. Ağacəkmə
aksiyasına RİİB könüllüləri də qoşulub.
Qeyd edək ki, Sadhquru planeti yox olmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması uğrunda qlobal kampaniyaya start verib. Bu məqsədlə başlayan 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini - ümumilikdə 30 min kilometr məsafəni qət edərək, yolboyu ətraf mühit müdafiəçiləri ilə görüşlər keçirir.